Paytaxtın bu ərazisində qaz olmayacaq - XƏBƏRDARLIQ

Paytaxtin bu erazisinde qaz olmayacaq - XEBERDARLIQ
 

Bakının Səbail rayonunda yeraltı orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi məqsədilə bu gün saat 13:30-dan etibarən qaz təchizatı dayandırılıb.

Zeferinfo.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. 

Bildirilib ki, hazırda təmir-bərpa işləri aparılır.

"Səbail rayonunun Badamdar qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb", - deyə məlumatda qeyd edilib.