Paytaxtda dələduzluq edən şəxs saxlanılıb

Paytaxtda deleduzluq eden sexs saxlanilib

Nəsimi rayonu ərazisində iki nəfərin 2882 manatının dələduzluq yolu ilə ələ keçirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Zeferinfo.az-a bildirilib ki, Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən X.Əhmədova və Ş.Xəlilov müəyyən olunaraq saxlanılıblar.

Hər iki faktla bağlı araşdırma aparılır.