Paytaxt üzrə 65 məktəbdə peşə təmayüllü siniflər fəaliyyət göstərir

Paytaxt uzre 65 mektebde pese temayullu sinifler fealiyyet gosterir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 65 təhsil müəssisəsində “Peşə təmayüllü siniflərin təşkili” layihəsi tətbiq olunur.

Təhsil İdarəsindən Zeferinfo.az-a  bildirilib ki, məktəblərdə peşə təmayüllü siniflərin yaradılmasının əsas məqsədi ümumi təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsindən, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasından ibarətdir.