Paşinyanın təyyarəsi Moskvaya eniş edə bilməyib

Pasinyanin teyyaresi Moskvaya enis ede bilmeyib

Ermənistan Baş naziri Nikol Paşinyanın təyyarəsi Moskvaya enə bilməyib.

Zeferinfo.az “Baza”ya istinadən xəbər verir ki, Ukrayna dronlarının hücumu səbəbindən Nikol Paşinyanın olduğu təyyarə dekabrın 11-nə keçən gecə Moskvaya enə bilməyib.

Paşinyanın təyyarəsi Tver bölgəsində təxminən bir saat dövrə vuraraq eniş üçün icazə gözləsə də, bu, mümkün olmayıb.

Nəticədə təyyarə Sankt-Peterburqa yola düşüb, gecə saat bir radələrində Pulkova aeroportuna enib.

Paşinyan Avrasiya İqtisadi Birliyinin (AİB) Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün Moskvaya yola düşüb.