Paşinyanın müavini: Azərbaycanın qərarı sülh gündəliyinin irəlilədilməsi üçün önəmlidir

Pasinyanin muavini: Azerbaycanin qerari sulh gundeliyinin ireliledilmesi ucun onemlidir

Azərbaycanın tranzit məhdudiyyətlərini aradan qaldırması regionda əməkdaşlıq və sülhə töhfədir.

Zeferinfo.az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mqer Qriqpryan bildirib.

Mqer Qriqoryan Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan istiqamətində yük daşımalarına qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması barədə açıqlamasını məmnunluqla qarşılayıb.

“Əlbəttə, Azərbaycan Respublikasının Prezidenti tərəfindən Ermənistan istiqamətində yük daşımalarına qoyulmuş məhdudiyyətlərin ləğv olunması qərarını alqışlayır və təqdir edirəm”, - Qriqoryan vurğulayıb.

O, bu addımın regional kommunikasiya xətlərinin açılması, qarşılıqlı etimadın gücləndirilməsi və sülh gündəliyinin irəlilədilməsi üçün önəmli olduğunu qeyd edib.

Baş nazirin müavini onu da qeyd edib ki, Azərbaycan və Qazaxıstandan olan tərəfdaşların göstərdiyi səylər və bu istiqamətdə aparılan işlər yüksək qiymətləndirilir.

Qeyd edək ki, Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatında Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını bildirib.

Ermənistan Respublikası Azərbaycan Prezidentinin Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı bəyanatını alqışlayıb.