Paşinyan qapalı görüşdə Vardanyanla bağlı Əliyevə nə deyib?
Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın oktyabrın 24-də Kazanda keçirilən görüşündə Bakıda həbsdə olan ermənilərin qaytarılması məsələsi də ümzakirə olunub.
Bu iddia ilə “Hraparak” nəşri çıxış edib.
Nəşrin iddiasına görə, görüşdə iştirak edən Ermənistan xarici işlər naziri Ararat Mirzoyan COP29 tədbirinə qədər bir neçə erməni hərbçinin qaytarılması təklifini irəli sürüb. Bildirib ki, bu baş tutsa, tədbirdə iştirak etmək üçün şəxsən Bakıya gedəcək.
“Azərbaycan Prezidenti bu məsələyə heç bir reaksiya verməyib. Əvəzndə Paşinyandan soruşub ki, “Ruben Vardanyanın azad edilməsini niyə istəmirsiniz?”
Paşinyan da cavabında bildirib ki, “Sizin onu verməyəcəyinizi bilirəm”, - nəşr yazır.publika.az