Paşinyan namizədliklə bağlı qərarını açıqladı

Pasinyan namizedlikle bagli qerarini aciqladi

Ermənistan Baş naziri, hakim “Vətəndaş Müqaviləsi” Partiyasının İdarə Heyətinin sədri Nikol Paşinyan 2026-cı il parlament seçkilərində partiyanın seçki siyahısına rəhbərlik etməyə və baş nazirliyə namizəd olmağa iddialıdır.

Zeferinfo.az xəbər verir ki, o, bu barədə jurnalistlərlə söhbətində bildirib.

“Deputatlığa namizəd olaraq siyahıda yer almağı planlaşdırıram və baş nazirliyə namizəd olmağa da iddialıyam. Siyahının formalaşdırılması prosesi bütün bu suallara cavab verəcək”, - baş nazir qeyd edib.

Back To Top