Paşinyan İrəvanda Azərbaycanla sülhü müzakirə etdi

Pasinyan Irevanda Azerbaycanla sulhu muzakire etdi
Ermənistanın baş naziri Nikol Paşinyan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Vernon Kokerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

Zeferinfo.az  xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Həmsöhbətlər birgə proqramların hərbi təhsil və kibertəhlükəsizlik sahələrində həyata keçirilməsinin vacibliyini vurğulayıblar.  

Nikol Paşinyan və Vernon Koker regional əhəmiyyətli məsələlərə də toxunublar. Koker, xüsusilə, Böyük Britaniyanın Ermənistan və Azərbaycan arasında artıq bərqərar olmuş sülhün möhkəmləndirilməsinə dəstəyini vurğulayaraq, bunun regionda sabitliyə və əməkdaşlığın təşviqinə töhfə verəcəyinə əminliyini ifadə edib.

TRIPP və “Sülhün kəsişməsi” layihələri ilə bağlı fikir mübadiləsi aparılıb. Paşinyan qeyd edib ki, Ermənistan Hökuməti avqustun 8-də Vaşinqtonda imzalanmış bəyannamədə təsbit olunmuş prinsiplər çərçivəsində regional kommunikasiya kanallarının açılmasında və bu məqsədlə beynəlxalq investisiyaların cəlb edilməsində maraqlıdır.

Back To Top