Paşinyan: İrəvan və Vaşinqton Azərbaycanı Naxçıvanla birləşdirəcək dəmir yolunun tikintisini müzakirə edir
        İrəvan və Vaşinqton Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək dəmir yolunun tikintisi ilə bağlı danışıqlar aparır.
Zeferinfo.az "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
"Niyə məhz ABŞ? Çünki bu "Tramp marşrutu" layihəsinin ayrılmaz hissəsidir", - o deyib.
Paşinyan əlavə edib ki, Rusiya regional kommunikasiyaların açılmasından sonra Azərbaycandan Ermənistana dəmir yolu nəqliyyatı ilə məşğul ola biləcək.