Paşinyan Ermənistan Konstitusiyasını şəxsən dəyişdirəcək

Ermənistanın baş naziri Nikol Paşinyan Konstitusiya Məhkəməsi Azərbaycanla sülh sazişini təsdiqləməsə, Ermənistanın əsas qanununa dəyişikliyin şəxsən təşəbbüskarı olacağını bəyan edib.
Zeferinfo.az xəbər verir ki, Nikol Paşinyan bu barədə “İrəvan dialoqu-2025” konfransında bildirib.
O qeyd edib ki, sülh sazişi Konstitusiya Məhkəməsinə göndərilməlidir: “Prosedura görə, burada başqa seçim yoxdur. Lakin Konstitusiya Məhkəməsi sazişin Ermənistan qanunlarına uyğun olmadığına qərar verərsə, mənim şəxsi mövqeyim budur ki, mən Konstitusiyaya dəyişikliklərin təşəbbüskarı olacağam. Çünki hesab edirəm ki, sülhün bağlanması imkanını qaçırmaq olmaz".