Paşinyan: Ermənistan Azərbaycanla qarşılıqlı ticarəti qurmağa çalışır

Zeferinfo.az-ın məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edərkən bildirib.
Onun sözlərinə görə, hazırda bu, çoxillik düşmənçilik tarixini nəzərə alsaq, asan bir vəzifə deyil.
"Sülh prosesi (Bakı və İrəvan arasında - red.) bizə inam verir ki, bu məsələlər tədricən həll olunacaq. Sülhün qurulması münasibətilə təkcə Ermənistanı və Azərbaycanı deyil, həm də MDB-nin bütün iştirakçı dövlətlərini təbrik etmək istəyirəm, çünki bilirəm ki, siz hamınız bunun baş verməsini çox istəyirdiniz və bu baş verdi. Sülh indi reallıqdır və mən bu hadisə ilə bağlı hamımızı təbrik edirəm və bütün bu müddət ərzində göstərilən dəstəyə görə MDB-dən olan həmkarlarıma minnətdarlığımı bildirirəm", - deyə Paşinyan bəyan edib.