Paşinyan Erməni Apostol Kilsəsinin bərpası üçün yol xəritəsi təklif edib

Pasinyan Ermeni Apostol Kilsesinin berpasi ucun yol xeritesi teklif edib
Ermənistan hökuməti Bütün ermənilərin katolikosu II Qareginin istefasından sonra Erməni Apostol Kilsəsinin yeni qanununun qəbul edilməsinə köməklik göstərə bilər.

Zeferinfo.az Ermənistan mediasına istinadən xəbər verir ki, Paşinyan sosial şəbəkələrdəki səhifəsində "Ktriç Nersisyanın vəzifəsindən uzaqlaşdırılmasından sonra Erməni Apostol Kilsəsinin bərpası üçün yol xəritəsi" dərc edib.

"Qanun aşağıdakı sahələri əhatə etməlidir: din xadimlərinin vicdanlı davranış qaydaları və onların həyata keçirilməsi üçün təminatlar; kilsənin maliyyə şəffaflığı; kilsənin siyasətdən kənar olmasının zəruriliyi və onun reallaşdırılması üçün təminatlar, kilsə fəaliyyətinin Ermənistanın vergi qanunvericiliyinə uyğunluğu", - Baş nazir qeyd edib.

N.Paşinyanın sözlərinə görə, Ermənistan qanunvericiliyi kilsənin fəaliyyətindən əldə edilən və dövlət büdcəsinə ödənilən vergi və rüsumların tam şəkildə kilsəyə qaytarılmasına zəmanət verəcək. Bundan başqa, yeni qanunda din xadimləri üçün sosial zəmanətlər müəyyən edilməlidir. Bu, onların pensiya sistemindən, sosial kreditlərdən və ümumi tibbi sığortadan tam şəkildə istifadə etməsinə imkan verəcək.

O qeyd edib ki, bundan sonra bütün ermənilərin katolikosunun seçkiləri yeni qanuna uyğun olaraq keçirilməlidir.