Paşinyan Bakı ilə danışıqlar üzrə sənədlərin ilin sonuna qədər dərc olunma səbəbini açıqlayıb

Pasinyan Baki ile danisiqlar uzre senedlerin ilin sonuna qeder derc olunma sebebini aciqlayib
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla danışıqlar üzrə sənədlər paketinin ilin sonuna qədər dərc olunma səbəbini açıqlayıb.

Zeferinfo.az-ın  Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, o, bu barədə brifinq zamanı bildirib.

Baş nazirin sözlərinə görə, bu, ATƏT-in Minsk qrupunun buraxılması ilə əlaqədardır.

"Proses başa çatdıqdan sonra biz bu sənədləri açıqlaya biləcəyik. O zaman bu sənədlərin dərc olunması üçün mənəvi və siyasi maneə aradan qaldırılacaq", - o bildirib.