Paşinyan: Azərbaycan benzininin idxalı Ermənistandakı monopoliyaya təsir göstərəcək
Azərbaycan benzininin idxalı Ermənistanda uzun illərdir mövcud olan yanacaq monopoliyalarına təsir göstərəcək.
Zeferinfo.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, artıq qonşu ölkədən gətirilən yanacağın hesabına Ermənistan bazarında qiymətlər orta hesabla 15 faiz aşağı düşüb.
Baş nazir Bakı ilə ticarətə qarşı çıxanların narahatlığını əsassız adlandırıb:
"Bəzi tənqidçilər Ermənistanın Azərbaycan iqtisadiyyatını, dolayısı ilə isə ordusunu maliyyələşdirdiyini iddia edirlər. Azərbaycanda isə əks fikirlər səsləndirilir və guya Ermənistan bu yanacaqla öz tanklarını və hərbi texnikasını dolduracaq. Hər iki iddia yanlışdır".
N. Paşinyan əlavə edib ki, tərəflər arasında sülh bərqərar olub və bu sülh gələcəkdə institusional əsaslara söykənəcək.