Paşinyan Aİİ-nin Qırğızıstanda keçiriləcək iclasında iştirak etməyəcək

Pasinyan AII-nin Qirgizistanda kecirilecek iclasinda istirak etmeyecek

Ermənistanın Baş naziri Nikol Paşinyan 14–15 avqustda Qırğızıstanda keçiriləcək Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etməyəcək.

Zeferinfo.az xəbər verir ki, bu barədə Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan bildirib.

O qeyd edib ki, Paşinyanın Şuranın iclasında iştirak etməməsinin səbəbi məzuniyyətdə olmasıdır.

Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan Qırğızıstanın Çolpon-Ata şəhərində keçiriləcək Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edəcək.