Paşinyan Aİ-nin xüsusi nümayəndəsi ilə Azərbaycanla normallaşmanı müzakirə edib

Pasinyan AI-nin xususi numayendesi ile Azerbaycanla normallasmani muzakire edib
Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.
Zeferinfo.az Ermənistan mediasına istinadən xəbər verir ki, görüşdə Ermənistan – Azərbaycan münasibətlərinin normallaşma prosesi və Cənubi Qafqazda vəziyyət müzakirə edilib.

Bildirilib ki, tərəflər hər iki ölkə arasında sülh razılaşmasının imzalanmasının və dövlətlərarası münasibətlərin qurulmasının vacibliyini vurğulayıblar.