Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Hazırlıq Komitəsinin yekun iclası keçirilib

Parlament Sedrlerinin 6-ci Dunya Konfransinin Hazirliq Komitesinin yekun iclasi kecirilib
Bu gün Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Hazırlıq Komitəsinin yekun iclasında iştirak edib.

Bu barədə Zeferinfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

İclasda Parlamentlərarası İttifaqın coğrafi qruplarından komitəyə üzv seçilmiş parlament sədrləri iştirak ediblər.

İclası giriş sözü ilə açan Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson iclasın gündəliyi haqqında məlumat verib. Qeyd olunub ki, Parlament Sədrlərinin 6-cı Dünya Konfransında ümumilikdə 120 nümayəndə heyəti, o cümlədən 102 ölkənin parlament sədrləri iştirak edir.

Tədbirdə Parlament Sədrlərinin 6-cı Dünya Konfransına hazırlıqla bağlı görülən işlər, Komitənin sonuncu iclasının hesabatı, Dünya Konfransının yekun sənədinin qəbul olunması və digər təşkilati məsələlər haqqında fikir mübadiləsi aparılıb.