Parlament sədrləri Pakistanın Fəlakətlərin Milli İdarəetmə Agentliyində olublar

Parlament sedrleri Pakistanin Felaketlerin Milli Idareetme Agentliyinde olublar

Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin İslamabadda keçirilən üçtərəfli görüşü başa çatandan sonra tədbir iştirakçıları Pakistanın Fəlakətlərin Milli İdarəetmə Agentliyində olublar.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Zeferinfo.az-a verilən məlumata görə, burada Azərbaycan, Pakistan və Türkiyə parlament sədrləri, eləcə də nümayəndə heyətlərinin üzvləri agentliyin fəaliyyəti ilə yaxından tanış olublar.

Bildirilib ki, qonaqlara agentliyin fəlakətlərin idarə olunması üzrə iş prinsipləri, fövqəladə hallara operativ reaksiya mexanizmləri və beynəlxalq əməkdaşlıq imkanları barədə ətraflı təqdimat edilib.

Parlament sədrləri agentliyin işini yüksək qiymətləndirərək bu sahədə təcrübə mübadiləsinin və əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.