Pakistanın Baş naziri “ASAN xidmət”in sədrini qəbul edib- FOTO

Pakistanin Bas naziri “ASAN xidmet”in sedrini qebul edib- FOTO
 
15 yanvar 2026-cı il tarixində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Pakistan Hökumətinin üzvlərinin də iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qəbul zamanı Baş nazir Pakistandakı ilk “ASAN xidmət” mərkəzinin yaradılmasında göstərilən dəstəyə görə bir daha Azərbaycan Respublikası Prezidentinə səmimi təşəkkürlərini və minnətdarlığını bildirib.

Baş nazir qısa müddət ərzində paytaxt İslamabadda və Pakistanın bir sıra əyalətlərində “ASAN xidmət” mərkəzlərinin yaradılacağını qeyd edib. Həmçinin “Pakistan ASAN xidmət” mərkəzinin fəaliyyətini mütəmadi olaraq nəzarətdə saxlayacağını bildirib və bununla əlaqədar hökumət üzvlərinə tapşırıqlarını verib.

Görüş zamanı Pakistandan Azərbaycana turist axınının artmasında Azərbaycan Respublikası Prezidentinin tapşırığı əsasında yaradılmış “ASAN Viza”nın rolu xüsusi olaraq vurğulanıb. Pakistan Baş naziri ölkəmizin “ASAN Viza” təcrübəsindən də faydalanmaq istədiklərini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov da iştirak edib.

image-img-20260116-wa0037 image-img-20260116-wa0036