Pakistan Senatının sədri Azərbaycana gəldi

Pakistan Senatinin sedri Azerbaycana geldi

Pakistan İslam Respublikası Senatının sədri Seyid Yusuf Rza Gilani Azərbaycana səfərə gəlib.

Zeferinfo.az xəbər verir ki, səfərin məqsədi Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında iştirak etməkdir

Heydər Əliyev Beynəlxalq Hava Limanında Pakistan Senatının sədrini Milli Məclis sədrinin müavini Musa Qasımlı, parlamentin Pakistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamaləddin Qafarov və digər rəsmi şəxslər qarşılayıblar.