Övladlığa götürülən uşaqların sayı kəskin azalıb

Ovladliga goturulen usaqlarin sayi keskin azalib

Azərbaycanda körpələr və uşaq evlərinin sayı hazırda 15, burda olan uşaqların sayı isə 933 nəfərdir.

İnternat müəssisələrində təlim-tərbiyə alan valideynini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sayı bu ilin əvvəlinə 1459 nəfər təşkil edib.

Zeferinfo.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, övladlığa götürülən uşaqların sayı 2005-ci il 803, 2023-cü ildə isə cəmi 137 nəfər olub.

Övladlığa daha çox 1-5 yaşlı uşaqlar götürülüb.

Övladlığıa götürülməsi barədə qərarları ləğv edilmiş uşaqlar ın sayı isə ötən il 14 nəfər olub.