Ov qaydalarını pozan 67 yerli və 8 xarici ölkə vətəndaşı 82 min manat cərimələnib

Ov qaydalarini pozan 67 yerli ve 8 xarici olke vetendasi 82 min manat cerimelenib
Ov qaydalarını pozan 67 yerli və 8 xarici ölkə vətəndaşı 82 min manat cərimələnib.

Bu barədə Zeferinfo.az-a  Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat verib.

Bildirilib ki, qanunsuz ov hallarının qarşısının alınması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik və Bioloji Müxtəlifliyin Qorunması  Xidmətləri yanvar-fevral ayları ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri Pirallahı, Qaradağ, Suraxanı rayonlarının, Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev, Abşeron rayonu Məmmədli, Xızı rayonu Yaşma ovçuluq təsərrüfatlarında ov qaydalarının pozulması faktları aşkar edib.

Bununla yanaşı Neftçala rayonu Dördlər, Qağalı, Şirvanlı, Xaçmaz rayonu Tikanoba, Niyazoba, Xəzərli, İmişli rayonu Məmmədli,  İsmayıllı rayonu Ağbulaq, Sabirabad və Şəmkir rayonları ərazisində də, həmçinin Mahmudçala, Zəvvar, Qırmızıkənd, Varvara, Sarısu ovçuluq təsərrüfatlarında ov qaydalarının pozulması faktlarına rast gəlinib.

Faktlarla bağlı akt, protokol tərtib edilib.