Ötən ilin ən riskli internet provayderləri açıqlanıb

Oten ilin en riskli internet provayderleri aciqlanib
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) “E-Şikayət” platformasına edilən müraciətlər əsasında, ötən il üzrə ən riskli internet provayderləri açıqlayıb.

Bu barədə Zeferinfo.az-a İKTA-dan bildirilib.

Məlumata görə, “Uplink” MMC, eləcə də IV rübdə siyahıya daxil edilən “Flexnet” və “Sline” MMC-lər həm yüksək şikayət indeksləri, həm də uzun cavablandırma müddətləri ilə bazarda ən problemli provayderlər sırasında yer alıb.

Xüsusilə “Uplink” provayderində bəzi rüblərdə cavablandırma müddətinin 30 günə qədər uzanması istehlakçı hüquqları baxımından ciddi narahatlıq doğurur.