Ötən il Bakıda yol qəzalarında ölən 111 piyadadan 6-sı uşaq olub

Oten il Bakida yol qezalarinda olen 111 piyadadan 6-si usaq olub

Ötən il paytaxt yollarında 240 piyada vurma hadisəsi baş verib.

Zeferinfo.az  xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.

Məlumata görə, bu qəzalar zamanı dünyasını dəyişən 111 piyadadan 6-sı uşaq olub. Cari ilin 4 ayı ərzində isə piyada vurma qəzaları zamanı 30 piyada dünyasını dəyişib, 5 uşaq isə xəsarət alıb.

Qəzaların baş verməsinin əsas səbəbləri:

NİİM-dən bildirilib ki, qəzaların baş verməsinə səbəblər demək olar ki, eynidir:

1. Nəqliyyat vasitəsini yüksək sürətlə idarə etmək;
2. Yol nişanlarının tələblərinə diqqət göstərməmək;
3. Bəzi piyadaların piyada keçidlərindən istifadə etməməsi;
4. Bir sıra piyadaların nizamlayıcının tələblərinə əhəmiyyət verməməsi;
5. Piyadanın sürücünün ona yol verəcəyinə tam əmin olmadan yolu keçməsi və s.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi piyadaları qaydalara riayət etməyə, valideynləri isə bu məsələdə daha diqqətli olmağa çağırıb: "Valideynlər unutmasınlar ki, yollarda təhlükəsizlik təkcə onların deyil, övladlarının da gələcəyidir".