Ötən il Azərbaycana repatrasiya olunmuş 37 nəfər sosial xidmətlərə cəlb olunub

Oten il Azerbaycana repatrasiya olunmus 37 nefer sosial xidmetlere celb olunub

Ötən il ərzində xarici ölkələrdən Azərbaycana repatrasiya olunmuş 37 Azərbaycan vətəndaşı müvafiq sosial xidmətlərə cəlb olunub.

Zeferinfo.az xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 28-i uşaq və 9-u qadındır.

Qeyd edilib ki, ölkəyə repatriasiya olunmuş Azərbaycan vətəndaşlarının cəmiyyətə reinteqrasiyası və sosial reabilitasiyasının təmin edilməsi məqsədilə də Agentlik tərəfindən kompleks tədbirlər görülür.