Ötən həftə azad olunan torpaqlarda 722 hektar ərazi minalardan təmizlənib

Oten hefte azad olunan torpaqlarda 722 hektar erazi minalardan temizlenib
Azad olunan ərazilərdə dekabrın 9-15-də 24 tank əleyhinə mina, 73 piyada əleyhinə mina, 612 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Zeferinfo.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 722 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib