Ötən həftə azad olunan torpaqlarda 120 mina zərərsizləşdirilib

Oten hefte azad olunan torpaqlarda 120 mina zerersizlesdirilib
Azad olunan ərazilərdə martın 31-dən aprelin 6-dək 107 piyada əleyhinə mina, 13 tank əleyhinə mina, 870 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Zeferinfo.az-ın  xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 2009,1 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.