Ötən həftə azad olunan ərazilərdə 237 mina zərərsizləşdirilib
Azad olunan ərazilərdə oktyabrın 28-dən noyabrın 3-nə qədər 73 tank əleyhinə mina, 164 piyada əleyhinə mina, 7421 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Məlumata əsasən, 2270.7 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.