Ötən həftə 1587 hektardan çox ərazi minalardan təmizlənib

Oten hefte 1587 hektardan cox erazi minalardan temizlenib
Azad olunan ərazilərdə oktyabrın 13-dən 19-na qədər 69 tank əleyhinə mina, 61 piyada əleyhinə mina, 2 min partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Zeferinfo.az-ın  xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 1587.8 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, ANAMA minatəmizləmə əməliyyatlarını - Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN), Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkətlə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.