Zeferinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Həmin gün axtarışda olan ümumilikdə 57 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Bundan əlavə, narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən olunub.
Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər isə saxlanılaraq istintaqa cəlb olunub.