DİN-in Mətbuat Xidmətindən Zeferinfo.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 268, o cümlədən borclu şəxs qismində axtarışda olan 239 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 31 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.