Ötən gün 20 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Oten gun 20 kiloqramdan artiq narkotik vasite askarlanib

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 3-də ümumi çəkisi 20,3 kiloqramdan artıq narkotik vasitə, 250 ədəd psixotrop tərkibli həb və kultivasiya yolu ilə yetişdirilmiş 10 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 530 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

Zeferinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.