Ötən ay Elm və Təhsil Nazirliyinə 24 minə yaxın müraciət daxil olub
Bu barədə Zeferinfo.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müraciətlərin 14 006-sı çağrı mərkəzləri, 5 161-i elektron, 1103-ü isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 3 340 müraciət qeydə alınıb.
Müraciətlər şagirdlərin elektron yerdəyişməsi, eksternat imtahanı, xarici diplomların təsdiqi, direktorların işə qəbulu imtahanları, “Rəqəmsal məktəb” və digər məsələlərlə bağlı olub.