Ötən ay Bakı Metropoliteni nə qədər sərnişin daşıyıb?
Paylaşılma tarixi: 07 Avqust 2025
AZCON Holding şirkətlərindən olan Bakı Metropoliteni iyul ayında 16 milyon sərnişinə xidmət göstərib. Zeferinfo.az xəbər verir ki, bu barədə Bakı Metropolitenindən bildirilib.
Bakı Metropolitenindən veerilən məlumata görə ay üzrə ən çox sərnişin iyulun 1-də daşınıb (643 756 nəfər).
“İyulun 20-si isə 336 702 sərnişinlə ən sakit gün olub. Bu, sərnişinlərin metro nəqliyyatına olan etimadının göstəricisidir.”