Ötən ay azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb

Oten ay azad olunan erazilerde askarlanan minalarin sayi aciqlanib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) may ayı ərzində işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə məlumatı açıqlayıb.

ANAMA-dan Zeferinfo.az-a verilən məlumata görə, ötən ay Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 251, tank əleyhinə 141 mina və 1068 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Nəticədə 48392618 m² (4839.3 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.