Ötən ay apteklərdə 15 yoxlama aparılıb, üçündə nöqsanlar aşkarlanıb

Oten ay apteklerde 15 yoxlama aparilib, ucunde noqsanlar askarlanib

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi noyabr ayı ərzində 15 aptekdə yoxlama aparıb.

Bu barədə Zeferinfo.az-a Mərkəzdən məlumat verilib.

Qeyd edilib ki, Bakı şəhəri üzrə 4, respublikanın digər şəhər və rayonlarında isə 11 aptek olmaqla, 12 aptekdə planlı, 3 aptekdə plandankənar təftiş aparılıb. Yoxlamalar zamanı 3 aptekdə nöqsanlar aşkarlanıb.

Bildirilib ki, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokollar tərtib edilib.