Ötən ay 395 beynəlxalq imtahan keçirilib - DİM

Oten ay 395 beynelxalq imtahan kecirilib - DIM

Dövlət İmtahan Mərkəzi tərəfindən 2025-ci ilin mart ayı ərzində 395 beynəlxalq imtahan keçirilib.

Zeferinfo.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin mart ayı ilə bağlı təqdim etdiyi statistikada qeyd edilib.

Məlumatda eyni zamanda bildirilib ki, mart ayında 121632 nəfər DİM tərəfindən keçirilən imtahanlarda iştirak edib.

Statistikaya görə DİM-in elektron xidmətlərdən istifadə sayı isə 417111-dir.