Orxan Fikrətoğlu YÜKSƏK VƏZİFƏYƏ təyin olundu

Orxan Fikretoglu YUKSEK VEZIFEYE teyin olundu

Mədəniyyət nazirinə yeni müşavir təyin olunub.

Bu barədə Zeferinfo.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə bu vəzifəyə Əməkdar incəsənət xadimi, yazıçı, publisist Orxan Fikrətoğlu (Orxan Sadıqov) təyinat alıb.

O, Mədəniyyət Nazirliyinin fəaliyyət istiqamətləri üzrə bir neçə vacib sahənin koordinasiyasını həyata keçirəcək.

Qeyd edək ki, Orxan Fikrətoğlu uzun müddət müxtəlif media orqanlarında və bir sıra qurumlarda fəaliyyət göstərib.

Bu təyinatadək Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikası Kino Agentliyinin baş direktorun səlahiyyətlərini müvəqqəti icra edib.