Ombudsmanın nümayəndələri Suriyadan repatriasiya olunmuş şəxslərlə görüşüb

Ombudsmanin numayendeleri Suriyadan repatriasiya olunmus sexslerle gorusub
Oktyabrın 22-də 2-si qadın, 4-ü uşaq olmaqla, 6 nəfər Azərbaycan vətəndaşının Suriyadan ölkəmizə repatriasiyası həyata keçirilib.

Zeferinfo.az xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilmiş repatriantlarla görüş keçirilib. Görüş zamanı repatriantlarla bağlı həyata keçirlən tibbi, sosial və psixoloji tədbirlər barədə məlumat alınıb, onların hüquqlarının təmin olunması vəziyyəti araşdırılıb.

Görüşdə uşaqların psixoloji problemlərinin həlli və sosial adaptasiyası məqsədilə ixtisaslaşdırılmış psixoloji yardıma ehtiyaclarının olduğu müəyyən edilib, bu barədə məlumat müəssisə rəhbərliyinin diqqətinə çatdırılıb. Bununla yanaşı, repatriantların cəmiyyətə inteqrasiyası, təhsil və məşğulluq imkanlarından yararlanması istiqamətində tövsiyələr verilib.

Görüş çərçivəsində repatriantlara müvəkkilin fəaliyyət istiqamətləri, hüquqlarının müdafiəsi üzrə mövcud mexanizmlər barədə geniş məlumat verilib.

Back To Top