Ombudsman: Ağdamda işgəncəyə məruz qalmış azyaşlıların vəziyyəti nəzarətdə saxlanılır

Ombudsman: Agdamda isgenceye meruz qalmis azyaslilarin veziyyeti nezaretde saxlanilir
Ağdamda şiddətə məruz qalmış azyaşlıların hüquqlarının müdafiəsi Ombudsmanın diqqət mərkəzindədir. 

Ağdam rayonunda atası tərəfindən döyüldüyü iddia edilən 2 azyaşlı uşağın xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumat yayımlandığı andan etibarən məsələ Ombudsman Aparatı tərəfindən araşdırılır, uşaqların vəziyyəti nəzarətdə saxlanılır.

Bu barədə Zeferinfo.az-a Aparatdan məlumat verilib.

Qeyd edilib ki, hazırda 2023-cü il təvəllüdlü uşaq Ağdam Rayon Mərkəzi Xəstəxanasında həkim nəzarəti altındadır. 2024-cü il təvəllüdlü uşağın isə Respublika Neyrocərrahiyyə Xəstəxanasına əməliyyat olunduğu və hazırda vəziyyətinin ağır olduğu müəyyən edilib.

Məsələ ilə bağlı Ombudsman Aparatı tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Ağdam Rayon İcra Hakimiyyətinə sorğular göndərilib.

Uşaqların hüquqlarının qorunması, zorakılıqdan müdafiəsi və valideynlərin əməllərinə qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi qiymət verilməsi məsələsi Ombudsman tərəfindən nəzarətdə saxlanılır.