Ölümündən sonra təltif olunan ANAMA əməkdaşının medalı ailəsinə təqdim edilib

Olumunden sonra teltif olunan ANAMA emekdasinin medali ailesine teqdim edilib

Cəbrayılda iyul ayında minatəmizləmə zamanı baş verən partlayışda həlak olan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Raqif İsayevin təltif edildiyi “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998-2023)” yubiley medalı mərhumun atasına təqdim olunub.

ANAMA-dan Zeferinfo.az-a bildirilib ki, agentliyin rəhbər şəxsləri Rafiq İsayevin ailəsini və məzarını ziyarət edib, xatirəsini anıblar.

Qeyd edək ki, Rafiq İsayev sahə üzrə uzunmüddətli, səmərəli fəaliyyəti ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.