Zeferinfo.az xəbər verir ki, bu barədə media üçün keçirilən brifinqdə elm və təhsil naziri Emin Əmrullayev məlumat verib.
Nazirin sözlərinə görə, yeni tədris ilində ölkədə ümumilikdə təxminən 2,2 milyon təhsilalan olacaq. O, rəqəmləri açıqlayaraq bildirib:
-
Məktəbəqədər təhsil – 226 min nəfər
-
Ümumi təhsil – 1,6 milyon nəfər
-
Peşə təhsili – 40 min nəfər
-
Orta ixtisas təhsili – 63 min nəfər
-
Ali təhsil – 246 min nəfər
Emin Əmrullayev əlavə edib ki, təhsil sistemində fəaliyyət göstərən işçi heyətinin sayı təxminən 300 min nəfər təşkil edəcək.