Ölkə üzrə bağça infrastrukturu genişləndirilir

Bağça infrastrukturunun genişləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Bildiririk ki, 2025-2026-cı tədris ilindən etibarən paytaxtın Yasamal rayonu 351 , eləcə də Naftalan rayonu 2 nömrəli məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinə start veriləcək.
Zeferinfo.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat yayıb.
Bildirilib ki, bununla yanaşı cari ilin may-iyul aylarında Masallı rayonunun Ərkivan qəsəbə 2 nömrəli və Cəbrayıl şəhəri körpələr evi-uşaq bağçası istifadəyə verilib.
Bildiririk ki, qeyd edilən təhsil müəssisələri üzrə 255 uşağın məktəbəqədər təhsilə cəlb olunması gözlənilir. Bu istiqamətdə işlər davam etdirilir. Növbəlilik və prioritetlik prinsipi əsasında yeni məktəbəqədər təhsil müəssisələri inşa edilir.