"Oleq Bakinski"yə Amnistiya aktı şamil olunub, Konstantin Kuçerin işinə baxılacaq

"Oleq Bakinski"ye Amnistiya akti samil olunub, Konstantin Kucerin isine baxilacaq
Azərbaycanda xuliqanlıqda ittiham olunan ukraynalı milyonçu, kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınan Oleq Krapivinə Amnistiya aktı şamil olunub.

Bu barədə Zeferinfo.az-a  açıqlamasında onun vəkili Xeyransa Babayeva məlumat verib.

Məlumata görə, Ədliyyə Nazirliyi Probasiya xidmətinin bununla bağlı təqdimatına Xətai rayon məhkəməsində baxılıb. Məhkəmə onu şərti cəzadan azad edib.

Oleq Krapivinlə birgə ittiham olunan Konstantin Kuçerin də Amnistiyaya düşəcəyi gözlənilir. Onunla bağlı Probasiya xidmətinin təqdimatına da məhkəmədə baxılacaq.