Novxanıda partlayışda xəsarət alan Vüqar Həşimovun valideynlərinin son durumu
Novxanıda partlayış zamanı xəsarət alan şəxslərin mərhum şahmat ustası Vüqar Həşimovun valideynləridir.
Zeferinfo.az "Report"a istinadən xəbər verir ki, FHN-in xilasediciləri tərəfindən dağıntılar altından Qasım Həşimov və Aidə Həşimova altından sağ çıxarılaraq adiyyatı üzrə təhvil veriliblər.
TƏBİB-dən "Report"a bildirilib ki, Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi səbəbilə 03.12.2014-cü il tarixində saat 08:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb edilib.
"Hadisə nəticəsində xəsarət alan 2 nəfər (1 qadın cinsli, 1 kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Reanimasiya şöbəsinə yerləşdirilən 1949-cu il təvəllüdlü şəxsə hər iki aşağı ətrafın və sifətin I, II, III dərəcəli yanığı, 1959-cu il təvəllüdlü şəxsə isə sol bud sümüyünün sınığı, sol əlin yarası diaqnozları təyin edilib. Müalicələri davam etdirilir, vəziyyətləri ağırdır".
Qeyd edək ki, Qasım Həşimov mərhum şahmatçı, oğlu Vüqar Həşimovun şərəfinə hər il təşkil edilən "Vüqar Həşimov Memorialı"nın Təşkilat Komitəsinin rəhbəridir.