Nəsimidə yaşayış binasında yanğın zamanı 3 nəfər xilas edilib

Nəsimidə yanğın zamanı 3 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib.
Bu barədə Zeferinfo.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yanğın baş verib. Ümumi sahəsi 23 m² olan 2 otaqlı mənzilin mətbəxində mebel 2 paq.m. və məişət əşyaları yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər bina sakini tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.