Neftçalada narkotik tərkibli bitkilərin kultivasiyasını təşkil edən şəxs saxlanılıb

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 55 yaşlı Ariz Hüseynov saxlanılıb.
Bu barədə Zeferinfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilir ki, ondan kultivasiya edərək yetişdirdiyi 562 ədəd çətənə kolu aşkar olunub. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri aprel ayında əkdiyini və aqrotexniki qulluq göstərərək yetişdirdiyini bildirib.
Bundan əlavə, şöbə əməkdaşları tərəfindən eyni istiqamətdə keçirilən digər əməliyyatlar zamanı narkotik tərkibli bitkilərin kultivasiya edərək yetişdirən daha 6 nəfər saxlanılıb. Həmin şəxslərdən isə müxtəlif çəkilərdə marixuana və çətənə kolları aşkarlanıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırma aparılır.