Nazirlər Kabinetinin Milli Məclisdə hesabat vermə tarixi dəyişib.
Zeferinfo.az President.az-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi " Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə" qanunda əksini tapıb.
Qanuna əsasən, Nazirlər Kabineti hər il martın 31-dək Milli Məclisin yaz sessiyasinda Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabat verəcək.
Qeyd edək ki, Nazirlər Kabineti bundan öncə hər il Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasının beşinci iclasında fəaliyyəti haqqında hesabat verirdi.