Nazirlər Kabinetinin bir sıra qərarlarında dəyişiklik edildi
Nazirlər Kabinetinin bir sıra qərarlarında dəyişiklik edilib.
Zeferinfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
“Lisenziya blanklarının və əlavələrinin hazırlanmasına sifarişin verilməsi, onların bölgüsünün həyata keçirilməsi, blanklardan istifadənin uçotunun və hesabatının aparılması Qaydası”nın və lisenziya, ümumi lisenziya, xüsusi lisenziya blanklarının və əlavələrinin formalarının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2016-cı il 5 avqust tarixli 295 nömrəli Qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 8, maddə 1433 (Cild I) aşağıdakı məzmunda 9-11-ci hissələr əlavə edilib:
“9. “Yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılması və istismarına ümumi lisenziya” blankının forması təsdiq edilsin (10 nömrəli əlavə).
10. “Yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılmasına xüsusi lisenziya” blankının forması təsdiq edilsin (11 nömrəli əlavə).
11. “Yanacaqdoldurma və qaz təchizatı obyektlərinin istismarına xüsusi lisenziya” blankının forması təsdiq edilsin (12 nömrəli əlavə).”.