Nazirlər Kabineti vahid indekslər siyahısında dəyişiklik edib

Zeferinfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Dəyişikliyə əsasən, siyahıya "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi" (AZCON) publik hüquqi şəxsi əlavə olunub.
Eyni zamanda, "Azərbaycan Hava Yolları" QSC, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC, "BakuBus" MMC və Dövlət Kontrakt Korporasiyası "Azərkontrakt" ASC siyahıdan çıxarılıb.